Keçmiş səfir: Azərbaycan adından şəxsi maraqları üçün istifadə edirlər

İranın Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymani öz Twitter hesabında paylaşım edərək İran elitasının Urmiya gölü ilə bağlı mövqeyini sərt tənqid edib.

“Bir çoxlarının nəzərinə! Yadınızdadırsa, Ərdoğan Araz şeirini oxuyanda, İranda bir çox məşhurların, rəsmi şəxslərin və mərkəzdə yaşayanların qeyrət damarı qabarmışdı və “Azərbaycan bizim əzizimizdir və Ərdoğan rədd olsun” həştəqli paylaşımlar etmişdilər.

Bəs indi həmin əziz Azərbaycan faciə və çətinliklə üzləşərkən, gölü quruyarkən, onlar haradadır?

Cavab: Anladınızmı ki, yalan danışırdılar və Azərbaycan onların əzizi deyil? Hər kəs yalnız öz mövqeyi üçün vətən, şəhidlər və s. kimi dəyərlərdən dəm vurur”.

İlgili xəbərlər