Prezident İlham Əliyev İranın Ali Milli Təhlükəsizlik Şurasının katibini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 15-də İran İslam Respublikasının Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxanini qəbul edib.

Görüşdə İlham Əliyev Aşqabadda Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısı çərçivəsində İran Prezidenti ilə görüşünü xatırladaraq həmin görüşdə ikitərəfli əməkdaşlığın inkişafına dair geniş fikir mübadiləsinin aparıldığını qeyd etdi.

Əli Şəmxani Azərbaycanın ərazi bütövlüyünü təmin etməsi münasibətilə Azərbaycan xalqını təbrik etdi. Qonaq İranın Azərbaycan ilə mehriban qonşuluq və dostluq münasibətlərinin inkişaf etdirilməsində maraqlı olduğunu və Azərbaycanla əlaqələrin genişləndirilməsinə həmişə böyük əhəmiyyət verdiyini vurğuladı.

Görüşdə həmçinin, ikitərəfli gündəliyə aid olan məsələlər, o cümlədən İran ilə Azərbaycan arasında nəqliyyat-kommunikasiya xətlərinin inkişafı və regional məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Şəmxani bu gün həmçinin Azərbaycan Respublikası Prezidenti yanında Milli Təhlükəsizlik Şurasının katibi Ramil Usubovla da görüşüb.

Görüşdə o, iki ölkənin və iki xalqın ortaq tarixi, dini və mədəni köklərinə toxunub.

Şəmxani Azərbaycan Respublikası ilə əlaqələrin genişləndirilməsi və dərinləşdirilməsinin İran İslam Respublikasının xarici siyasətinin mühüm tərkib hissəsi olduğunu diqqətə çatdırıb.

Görüş zamanı ikitərəfli əlaqələr, regional məsələlər müzakirə edilib.

İlgili xəbərlər