Şəmxani Bakıda: Müxtəlif səbəblərdən ayrılsaq da ortaq köklərimiz hələ də qalmaqdadır

Bakıya səfər edən İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi admiral Əli Şəmxani iki ölkə arasında ortaq köklərin olduğunu vurğuladı.

Azərbaycan Respublikası Prezidenti yanında Milli Təhlükəsizlik Şurasının katibi Ramil Usubovla görüşdə Şəmxani deyib: “Biz keçmişdə bir millət idik, amma müxtəlif səbəblərdən ayrıldıq, ancaq ortaq köklərimiz hələ də qalmaqdadır”.

Bu görüşdə admiral Şəmxani həmçinin iki ölkənin və iki xalqın ortaq sivilizasiya, tarixi, dini və mədəni köklərinə toxunaraq, Azərbaycan Respublikası ilə əlaqələrin genişləndirilməsi və dərinləşdirilməsini İslam Respublikasının xarici siyasətinin prioritetlərindən olduğunu deyib.

İran Ali Milli Təhlükəsizlik Şurasının katibi əlavə edib: “İki xalqın bədxahlarının iki ölkənin qardaşlıq münasibətlərinə xələl gətirməsinə imkan verilməməlidir”.

Şəmxani regionda sülh və sabitliyin davamlı dəstəklənməsini İran İslam Respublikasının əsas siyasətlərindən biri adlandırıb və qeyd edib ki, sülh və sabitliyin yaradılmasının əsas faktorlarından biri  region ölkələrinin suverenliyinə və ərazi bütövlüyünə hörmət etməkdir.

“Biz regionun geosiyasətində dəyişikliyə səbəb olan və regionun təhlükəsizliyinə xələl gətirən istənilən hərəkətin əleyhinəyik və bunun qarşısında dayanacağıq”, -deyə o əlavə edib.

İlgili xəbərlər