Urmiya gölünün tarixi limanında yanğın törədilib + VİDEO

Urmiya gölünün Şərqi Azərbaycan əyalətində yerləşən Şərəfxana(Şərabxana) limanının tarixi tikilisi naməlum şəxslər tərəfindən yandırılıb.
110 il keçmişi olan və Urmiya gölünün simvollarından biri sayılan “Tal” tikilisində törədilən yanğını yerli əhali şəxsi imkanları hesabına söndürə biliblər.
Yerli əhali yanğının bilərkdən törədildiyini deyirlər. Məlumata əsasən, milli əsərlər siyahısında qeydiyyatdan keçən tikiliyə ciddi ziyan dəyib.
Tal keçmiş dövrlərdə Şərəfxana limanında qayıqların və kiçik gəmilərin təmiri üçün istifadə edilirdi.