SEPAH-ın kiber qupunun bəzi üzvləri “ifşa edilib”

“Dodaqları tikilmişlər” adlı haker qrupu İran İslam İnqilabının Keşikçiləri Korpusunun (SEPAH) kiber qruplaşmasının və Kəşfiyyat İdarəsinin bir sıra əməkdaşlarının kimliyini ifşa edib.
Sözü gedən qrup öz Telegram kanalında yaydığı sənəddə bu şəxsləri SEPAH-ın Kəşfiyyat İdarəsinə bağlı “Naci Teknoloji” və “Əfkar Sistem” şirkətlərinin işçiləri kimi təqdim edib.
Qeyd edilən qrupun iddiasına görə, SEPAH həmin şəxslər vasitəsilə Avropa, Amerika və Avstraliyada bir sıra saytlara, təşkilatlara və hədəflərə kiberhücum təşkil edərək, şantaj yolu ilə onlardan məlumatlar tələb edib.