Təhlükəsizlik qüvvələri ərdəbilli müəllimi axtarışa verib

İranın təhlükəsizlik qüvvələri ərdəbilli milli fəal, yazıçı, şair və işdən qovulmuş müəllim Əqil Azərdoxtu axtarışa verib.
Məlumata əsasən, polis məmurları milli fəal həbs etmək üçün bu gün səhər saat 09.00 radələrində onun evinə gediblər.
Azərdoxtun evdə olmadığını görən məmurlar onun ailəsinə çağırış vərəqəsi verərək evi tərk ediblər.
Çağırış vərəqəsində Əqil Azərdoxtun iyulun 19-da Ərdəbil məhkəməsində yerləşən polis bölməsinə getməsi istənilib və bildirilib ki, əks halda polis tərəfindən həbs ediləcək.