Xameneinin məsləhətçisi: Atom bombası yaratmaq üçün texniki imkanlarımız var

İran rəhbəri Əli Xameneinin məsləhətçisi Kamal Xərrazi İranın atom bombası yaratmaq üçün texniki imkanlarının olduğunu, lakin “hələlik” bununla bağlı bir planı olmadığını açıqlayıb.

Qatarın Əl-Cəzirə kanalına müsahibə verən İranın Beynəlxalq Əlaqələr Üzrə Strateji Şurasının rəhbəri Xərrazi əlavə edib ki, İran bir neçə gün ərzində uranın zənginləşdirilməsi səviyyəsini 20%-dən 60%-ə qaldıra bilib və bu səviyyəni asanlıqla 90%-ə çatdıra bilər.

İranın keçmiş xarici işlər naziri həmçinin İsrailin zəif vəziyyətdə olduğunu iddia edərək, ABŞ prezidenti Co Baydenin bu ölkəyə dəstəyinin hazırkı vəziyyəti dəyişməyəcəyini vurğulayıb.

İran rəsmisi xəbərdarlıq edib ki, “qonşu ölkələrdən İranın təhlükəsizliyinə hər hansı bir hücum Tehranın bu ölkələrə qarşı ağır reaksiyasına və İsrailə birbaşa cavabı ilə qarşılanacaq”.

İlgili xəbərlər