Deputat: Azərbaycanın tələblərinə etinasızlıq milli təhlükəsizlik probleminə çevrilə bilər

Ərdəbil əyalətinin Mişkinşəhr (Xiyav) şəhərinin İran parlamentindəki nümayəndəsi Mahmud Abbaszadə  parlamentin açıq iclasında azərbaycanlıların tələblərinə qarşı etinasız yanaşmanın nəticələri barədə xəbərdarlıq edib.

“Azərbaycanın iki əsas tələbi var. Bunlardan biri Azərbaycanın dili və mədəniyyəti, digəri isə Urmiya gölü ilə bağlıdır”, -deyə Abbaszadə  bildirib.

O əlavə edib ki, “Azərbaycan ölkənin milli təhlükəsizliyinin təməllərindəndir” və onun tələblərinə etinasız yanaşmağın ağır nəticələri ola bilər.

Bölgədə əhalinin yoxsulluq və digər məişət problemlərindən əziyyət çəkdiyini vurğulayan deputat uzun illər ərzində bu problemlərin aradan qaldırılmamasından təəccübləndiyini deyib.

İlgili xəbərlər