İranda erməni iş adamlarının konfransı keçirilib

İranda yaşayan erməni iş adamları və sahibkarların “böyük konfransı” ilk dəfə Tehranda baş tutub.
Məlumata əsasən, İranda yaşayan Erməni İş Adamları İttifaqının ilk iclası keçən həftə ölkədə sənaye istehsalı və iqtisadiyyatın inkişafında mühüm rol oynayan bir qrup iranlı erməni iş adamları, sahibkarlar və biznesmenlərin iştirakı ilə “Müqəddəs Məryəm” Xeyriyyə Mərkəzi və İran Erməni İcmasının Sosial Mədəniyyət Assosiasiyasının təşkilatçılığı ilə keçirilib.