Türkiyə ilə İran arasında 8 anlaşma imzalanıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və İran Prezidenti İbrahim Rəisinin iştirakı ilə iki ölkə arasında 8 müqavilə imzalanıb.
Ərdoğan və Rəisinin sədrliyi ilə Türkiyə-İran Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının 7-ci Toplantısı keçirilib.
Səədabad sarayında keçirilən toplantıdan sonra sazişlərin imzalanma mərasimi başlayıb.
Sazişlər siyasi, iqtisadi, idman və mədəniyyət sahələrini əhatə edir.
Bu çərçivədə “Türkiyə ilə İran arasında hərtərəfli uzunmüddətli əməkdaşlıq sazişi”, “Türkiyə Xarici İşlər Nazirliyi ilə İran Xarici İşlər Nazirliyi arasında diplomatik arxivlər sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Türkiyə və İran Hökumətləri arasında Sosial Təminat Sazişinin həyata keçirilməsinə dair anlaşma”, “Türkiyə və İran İdman və Gənclik Nazirlikləri arasında gənclər və idman sahəsində əməkdaşlıq üzrə Tədbirlər Planı”, “İran İslam Respublikası Yayım Qurumu (İRİB) və TRT arasında Əməkdaşlıq Protokolu” imzalanıb.