Xamenei: Qarabağın Azərbaycana qaytarılmasına sevincliyik amma…

İranın lideri Əli Xamenei iyulun 19-da özünün Tvitter səhifəsində etdiyi paylaşımında Ermənistan-İran sərhəddinin bağlanması ehtimalından narahatlığını ifadə edib.

“Biz Qarabağın Azərbaycana qayıtmasına sevinirik. Ancaq əgər İran-Ermənistan sərhəddinin bağlanmasına dair hər hansı bir siyasət olsa İran buna qarşı çıxacaq,” – deyə İran rəhbərinin rəsmi Tvitter səhifəsində qeyd olunub.

Xamenei əlavə edib ki “bu sərhəd (İran-Ermənistan sərhədi) neçə min illik əlaqə yoludur”.

İlgili xəbərlər