Belçika parlamenti İranla məhkumların mübadiləsinə dair mübahisəli qanun layihəsini təsdiqlədi

Belçika parlamentinin üzvləri ötən gecə “İran İslam Respublikası ilə Belçika arasında məhkumların mübadiləsinə dair əməkdaşlıq müqaviləsi” qanun layihəsini təsdiqləyiblər.

Bu qanun layihəsi lehinə 79, əleyhinə 41 və 11 bitərəf səs olmaqla, böyük səs çoxluğu ilə təsdiqlənib.

Qanun layihəsinin təsdiqinə qarşı çıxanların fikrincə, qanun layihəsi icra ediləcəyi halda terror əməliyyatları keçirməyi planlaşdırmaqda ittiham edilərək 20 il həbs cəzasına məhkum edilmiş iranlı diplomat Əsədullah Əsədinin Tehrana qaytarılması üçün zəmin yaranacaq.

Baş nazir Alexander De Croo və ədliyyə naziri Vincent Van Quickenborne qanunun xaricdə haqsız yerə həbs edilən Belçika vətəndaşlarına kömək etmək üçün hazırlandığını söyləyiblər.

Hökumətin təhlükəsizlik qurumlarının tövsiyələrinə əməl etdiyini ifadə edən nazir Van Quikenborn, bu qanunun “Əsədullah Əsədinin azad edilməsi demək olmadığını” ifadə edib.

Belçika hökumətinin bildirdiyinə görə, bu qanun İranda fevral ayından həbsdə olan qeyri-hökumət təşkilatı əməkdaşı Olivier Vandecasteele kimi vətəndaşları xilas etmək üçün hazırlanıb.

Qanun layihəsi gündəmə gətirilərkən İranda casusluq ittihamı ilə edama məhkum edilən Brüssel Universitetinin qonaq professoru Əhmədrza Cəlalinin azadlığa buraxılması üçün hazırlandığı iddia edilmişdi.

Ancaq İsveç vətəndaşı olan Celalinin bu ekstradisiya tənzimləməsindən faydalanacağı ehtimalı az görünür.

İlgili xəbərlər