İran Xəzərdə su aerodromu yaratmaq istəyir

İranın müdafiə nazirinin müavini briqada generalı Əfşin Xacefərd Xəzərin cənubunda su aerodromunun yaradılması imkanları haqda danışıb.
“İranın Xəzəryanı ölkələrlə 700 kilometrlik su sərhədinin olmasını və ölkənin şimal əyalətlərində hava limanının tikintisi üçün kifayət qədər ərazinin olmadığını nəzərə alsaq, dənizdən su aerodromunun yaradılması üçün istifadə etmək mümkündür”, – deyə Xacefərd bildirib.
Yerli mütəxəssislər tərəfindən istehsal edilən su üzərində eniş və uçuş etmə qabiliyyəti olan hava taksisinin təqdimatının keçirilməsinə işarə edən general bildirib ki, “İranın üç şimal əyalətinin sahilləri hava taksisi texnologiyası ilə təchiz edilməlidir”.