İsrail və İranın Bakıdakı səfirlərinin Tvitter duellosu

İsrailin Azərbaycandakı səfirinin Təbriz haqqında paylaşımı İran səfirinin sərt reaksiyasına səbəb olub.

Corc Dik Tvitterdə Azərbaycanın tarixi şəhəri Təbrizin tarixi, incəsənətindən bəhs edən “Təbrizin sehrli nağılları” kitabı ilə bağlı paylaşım edərək yazıb:

“Bu yaxınlarda mənə ərməğan edilən bu möhtəşəm kitabda Təbrizdə Azərbaycan tarixi və mədəniyyəti haqqında çox şey öyrənirəm. Siz bu günlərdə nə oxuyursunuz?”

İranın Azərbaycandakı səfiri Abbas Musəvi isə İsrailli diplomatın paylaşımına Tvitter hesabında münasibət bildirib:

“Macəra axtarışında olan bu oğlancığazın nəzərinə: Əziz Təbrizimiz İranın qürurlu tarixində ilklər diyarı kimi tanınır. Görünür, ilk xəbis sionist də Təbrizin qeyrətli əhalisi tərəfindən dəfn ediləcək. Qırmızı xəttimizi heç vaxt keçmə, heç vaxt!”

 

Xatırladaq ki, “Təbrizin sehrli nağılları” dünya incəsənəti tarixində özünəməxsus yer tutan, Orta və Yaxın Şərq xalqları incəsənətinin maraqlı və zəngin bir hissəsi olan Azərbaycan miniatür sənətindən bəhs edir.

İlgili xəbərlər