Tanınmış rejissor Urmiya gölün ilə bağlı qışı filmini təqdim edib + VİDEO

Tanınmış güney azərbaycanlı rejissor Məhəmməd Əlimuradi Urmiya gölünün quruması ilə bağlı çəkdiyi qısa metrajlı sənədli filmini öz İnstagram səhifəsində paylaşıb.

Gölün quruması və yaranacaq ekoloji fəlakətdən bəhs edən 8 dəqiqəlik “Gölün Uşaqları” adlı filmdə Urmiya gölünün ətrafında yerləşən kəndlərdə 10 il ərzində artan ağciyər xəstəlikləri, xərçəngdən və digər fəlakətlər haqda məlumat verilir.

“Burada böyük-kiçik xərçəng xəstəliyindən ölür və bu on il ərzində kənddə ancaq qəbir daşlarının sayı artıb. Urmiya gölündəki quraqlığın fəsadlarından biri də xərçəng xəstəliyinin artmasıdırmı?”, -deyə Əlimuradı filmin tanıtımında yazıb.

İlgili xəbərlər