Xamenei İran-Ermənistan sərhədi ilə bağlı yenidən paylaşım edib

İran rəhbəri Əli Xamenei öz Tvitter hesabında İran-Ermənistan sərhədi ilə bağlı növbəti dəfə təhdid dolu paylaşım edib.

İran liderinin ingiliscə rəsmi Tvitter səhifəsində yazılıb:

“İslam Respublikası İran-Ermənistan sərhədinin bağlanmasına səbəb olacaq siyasət və ya planlara dözməyəcək”.

Qeyd edək ki, Əli Xamenei iyulun 19-da özünün farsca Tvitter səhifəsində də eyni məzmunlu paylaşım etmişdi:

“Biz Qarabağın Azərbaycana qayıtmasına sevinirik. Ancaq əgər İran-Ermənistan sərhədinin bağlanmasına dair hər hansı bir siyasət olsa İran buna qarşı çıxacaq”.

Xamenei əlavə edib ki “bu sərhəd (İran-Ermənistan sərhədi) neçə min illik əlaqə yoludur”.

İlgili xəbərlər