Belçika məhkəməsi iranlı diplomatın ekstradisiyasını yasaqladı

Brüssel Apellyasiya Məhkəməsi terrorda günahlandırılan iranlı diplomatın bu ölkəyə qaytarılmasına qadağa qoyub.

Belçika mediasının verdiyi məlumata görə, məhkəmə Əsədullah Ədədinin İrana verilməsinin müvəqqəti dayandırılması haqda qərar çıxarıb.

İki gün əvvəl Belçika parlamentinin üzvləri “İran İslam Respublikası ilə Belçika arasında məhkumların mübadiləsinə dair əməkdaşlıq müqaviləsi” qanun layihəsini təsdiqləyiblər.

Qanun layihəsi terror əməliyyatları keçirməyi planlaşdırmaqda ittiham edilərək 20 il həbs cəzasına məhkum edilmiş Əsədinin Tehrana qaytarılması üçün zəmin yaradır.

İlgili xəbərlər