İran və Rusiya arasında rabitə və telekommunikasiya əlaqələri artırılacaq

İranın Rabitə və İnformasiya Texnologiyaları naziri İsa Zarepur İran və Rusiya arasında rəqəmsal iqtisadiyyat sahəsində əməkdaşlığı gücləndirmək və İran texnoloji məhsullarını bazara çıxarmaq üçün Moskvaya səfər edib.
O, Rusiyaya rabitə və informasiya texnologiyaları sektorunun fəallarından ibarət 20 nəfərlik heyətlə gedib.
Zarepur Moskvada rusiyalı həmkarı ilə görüşdən sonra bir sıra əməkdaşlıq sənədlərinin imzalandığını açıqlayıb.
İran mediası, nazirin Roskomnadzor (Rusiya KİV-lərinin monitorinqi, nəzarəti və senzurasına cavabdeh olan qurum) rəhbərləri ilə görüşünə diqqət çəkərək bu görüşün İranda İnternetin daha da məhdudlaşdırılması ilə bağlı mümkün nəticələri barədə sətiraltı xəbərdarlıq ediblər.