İranda Bəsic üzvü PJAK terror qruplaşması tərəfindən öldürüldü

İranda SEPAH-a bağlı Bəsic təşkilatının üzvü olan əkinçi PJAK terror təşkilatının təşkil etdiyi sui-qəsd nəticəsində ölüb.

SEPAH-a bağlı Təsnim xəbər agentliyinin məlumatına əsasən, Kürdüstan əyalətinin Sərvabad mahalına bağlı Sorxetut kəndində yaşayan İran-İraq müharibəsi veteranı Qəhrəman Şəhidi PJAK tərəfindən öldürülüb.

Mövzu ilə bağlı açıqlama verən Servabad valisi Həsən Zarei bildirib ki, kəndə gələn PJAK silahlıları Şəhidini güllələyərək öldürdükdən sonra hadisə yerindən qaçıblar.

İlgili xəbərlər