İranda daşqın nəticəsində ölənlərin sayı 20-yə çatıb + VİDEO

İranın Fars əyalətində baş verən daşqın nəticəsində həyatını itirənlərin sayı 20-yə yüksəlib.
İstəhban və Darab şəhərlərində leysan yağışların ardından meydana gələn sel fəlakəti ilə bağlı açıqlama verən Fars əyalətinin Böhran İdarəetmə mərkəzinin rəhbəri Xəlil Əbdullahi bildirib ki, seldə itkin düşən 3 nəfərin axtarışı davam edir.
Dünən İranın Fars əyalətində günorta saatlarında yağan güclü yağışdan sonra Rudbal çayı qəfildən daşıb. Çay yatağında və ətrafında istirahət edən 51 ailə hadisədə ziyan görüb, çayın kənarında dayanmış 15 avtomobili isə sel aparıb.