İrandan iddia : Mossad-a bağlı agentlər ölkədə terror aktları planlaşdırarkən tutulub

İran terror və təxribat hücumları həyata keçirmək üçün ölkəyə sızan İsrailin kəşfiyyat agentliyi Mossad-a bağlı casusların tutulduğunu iddia edib.

Kəşfiyyat Nazirliyindən verilən yazılı açıqlamada deyilir:

“Terror hücumları həyata keçirmək üçün ölkəyə göndərilən Sionist rejimin casusluq təşkilatına bağlı agentlər şəbəkəsinin bütün ünsürləri planlaşdırdıqları eyləmləri gerçəkləşdirmədən əvvəl kəşfiyyat məmurları tərəfindən təsbit edilərək saxlanılıb”.

Nazirliyin açıqlamasında iddia olunur ki, sözü gedən şəbəkə qonşu ölkələrin birinin vasitəsilə Mossad agentləri ilə əlaqədə idilər və İraq Kürdüstanından İrana daxil olublar.

 

İlgili xəbərlər