Son bir ayda İranda ən azı 45 nəfər edam edilib

İran İnsan Haqları Fəallarının xəbər portalı olan “HRANA” son ayda ölkədə ən azı 45 məhbusun edam edildiyini və bir siyasi məhbusun da ölüm cəzasına məhkum edildiyini açıqlayıb.
Son aylıq hesabatında HRANA bildirib ki, iyun 22- iyul 22 tarixləri arasında baş verən edamlar İranın müxtəlif şəhərlərindəki zindanlarda həyata keçirilib.
Məlumata edam edilənlərin əsasən narkotik alverçiləri, silahlı oğurluq, zorlama və adam öldürməkdə ittiham olunan məhkumlar olduğu bildirilib.
Qeyri-hökumət təşkilatlarının topladığı məlumatlara əsasən, 2020-ci ildə İranda 260 nəfər, 2021-ci ildə isə 14-ü qadın olmaqla ən azı 310 nəfər edam edilib.
Qeyd edək ki, İranda icra edilən edam cəzalarının 88%-i barədə rəsmi açıqlama verilmədiyi üçün hüquq müdafiəçiləri bunu “gizli edamlar” adlandırırlar.
Buna görə də, ölkədə həyata keçirilən edamların rəsmi statistikada göstərildiyindən dəfələrlə çox olduğu güman edilir.