Təbriz zindanında saxlanılan milli fəal Əkbər Əbülzadə aclıq aksiyasını dayandırıb

Təbriz həbsxanasına köçürülən güney azərbaycanlı siyasi məhbus Əkbər Əbülzadə aclıq aksiyasını dayandırıb.

Bu barədə milli fəalın həyat yoldaşı Sara Xudakərəmi öz İnstagram səhifəsində məlumat paylaşıb.

Onun sözlərinə görə, məzuniyyətə göndəriləcəyi ilə bağlı zindan məsullarının verdiyi vəddən sonra fəal dünən aksiyaya son verib.

Əbulzadə 2015-ci ilin noyabrında Güney Azərbaycan şəhərlərində kütləvi anti-irqçi aksiyalar zamanı tutularaq məhkəmə tərəfindən 10 ay həbsə məhkum edilmişdi.

Milli fəal “ailəsinə prokurorluq tərəfindən təzyiq göstərildiyi, eləcə də qanuni məzuniyyət hüququndan məhrum edildiyi” üçün iyulun 17-də Əhər həbsxanasında aclıq aksiyasına başlamışdı.

İlgili xəbərlər