Ərdəbildə Urmu gölü ilə bağlı plakat açılıb + VİDEO

Mədəni fəallar Ərdəbil şəhərində Urmiya (Urmu) gölünün acınacaqlı vəziyyəti ilə bağlı plakat asıb.
Şəhərin mərkəzi küçələrindən birində asılan 6 metrlik plakatın üzərində “Səni yaşatmaq üçün hər an selə dönə bilərik, Urmu gölüm” yazılıb.
Qeyd edək ki, bir müddət əvvəl Qərbi Azərbaycan əyalətinin Böhran İdarəetmə İdarəsinin baş direktoru Əmir Abbas Cəfəri Urmiya gölünün artıq 95%-inin quruduğunu bildirmişdi.
Güney azərbaycanlı fəallar, çevrə fəalları, eləcə də bəzi azərbaycanlı deputatlar Prezident İbrahim Rəisi dövründə gölün bərpası üçün nəzərdə tutulan işlərin heç birinin yerinə yetirilmədiyini deyirlər.