“Hizbullah”ın lideri: “İran neftini pulsuz Livana gətirə bilərəm”

Livanın “Hizbullah” qruplaşmasının lideri Həsən Nəsrullah deyib ki, İrandan pulsuz olaraq Livana neft gətirə bilər.
“Əl-Məyadin” telekanalına müsahibəsində Nəsrullah deyib: “Livan hökuməti qəbul edərsə, İran neftini pulsuz Livana gətirməyə hazıram”.
O, keçən il İsrail və fələstinli silahlı qruplaşmalar arasında baş verən toqquşmalar barədə də açıqlama verib:
“Hizbullah və SEPAH birgə əməliyyat otağı yaradaraq fələstinlilərə yardım edirdilər”.