İran: Rusiya ilə ticarətdə dollardan istifadə olunmayacaq

İranın Maliyyə və İqtisadiyyat Naziri Ehsan Xanduzi bildirib ki, dolların İran və Rusiya arasındakı ticarət əməliyyatlarından çıxarılması artıq qətiləşib.
Xanduzi əlavə edib ki, rubl İran və Rusiya arasında ticarət əməliyyatlarına daxil olub.
“Ümid edirik ki, bu il bu haqda yaxşı xəbərlər verə bilək”, – deyə iranlı nazir əlavə edib.
Qeyd edək ki, keçən həftə İran Mərkəzi Bankının rəisi Əli Salehabadi bildirib ki, bundan sonra Rusiyanın pul vahidi rubl ölkənin valyuta bazarına daxil olacaq və avro və dollar artıq təyinedici olmayacaq.
Salehabadi əlavə etmişdi ki, “birjada rial/rubl cütlüyü ilə ticarətin başlanması İran və Rusiya arasında iqtisadi əlaqələrin inkişafının göstəricisidir”.