Türkiyə Daxili İşlər Naziri: İrandan sızan terrorçular öldürüldü

İrandan Türkiyəyə keçən iki terrorçu öldürülüb. Bu barədə Türkiyənin Daxili İşlər Naziri Süleyman Soylu məlumat verib.

Soylu öz Tvitter hesabında biri İran vətəndaşı olmaqla İrandan Türkiyə ərazisinə keçmək istəyən iki terrorçunun Türkiyənin jandarma qüvvələri tərəfindən zərərsizləşdirildiyini açıqlayıb.

“Bir daha terrorçulara deyirik ki, təslim olun, yoxsa bu torpaqlar sizin üçün ölüm yeri olacaq”- deyə, Soylu paylaşımında qeyd edib.

 

İlgili xəbərlər