Ərdəbildə Urmiya gölü ilə bağlı afişalar yayılıb

İyulun 29-da Ərdəbil şəhərinin milli fəalları Urmiya gölündə baş verən ekoloji faciəyə diqqət çəkmək üçün afişalar yayıblar.

Afişaların üzərinə “oyan Azərbaycan Urmu gölü susuzdur”, “16 milyon türk köçməyə hazır olsun” yazılıb.

Qeyd edək ki, bir müddət əvvəl Qərbi Azərbaycan əyalətinin Böhran İdarəetmə İdarəsinin baş direktoru Əmir Abbas Cəfəri Urmiya gölünün artıq 95%-inin quruduğunu bildirmişdi.

Güney azərbaycanlı fəallar, çevrə fəalları, eləcə də bəzi azərbaycanlı deputatlar Prezident İbrahim Rəisi dövründə gölün bərpası üçün nəzərdə tutulan işlərin heç birinin yerinə yetirilmədiyini deyirlər.

İlgili xəbərlər