Amerika Xameneinin Tvitter hesabında antisemit paylaşıma etiraz edib

 

ABŞ-ın antisemitizmlə mübarizə üzrə xüsusi nümayəndəsi İran lideri Əli Xameneinin rəsmi Tvitter hesabında antisemit paylaşımına etirazını bildirib.

Deborah Lipstadt bu tipli paylaşımların dayandırılmasını istəyib.

Əli Xameneinin Qərb dövlətlərini, habelə yəhudiləri “mafiya” adlandırdığı açıqlamasının onun rəsmi Tvitter hesabında dərc edilməsi yenidən onun sözügedən sosial şəbəkədəki hesabının bağlanmaq tələbinə səbəb olub.  

İyulun 27-də İran rəhbərinin rəsmi veb-saytı Xameneinin açıqlamalarının bir hissəsinə əsaslanaraq, “Qərbin reallığı” başlıqlı yazını dərc edib.

Həmin yazı İran liderinin Tvitter hesabında da eynən paylaşılıb:

“Qərb dövlətlərinin əsl həqiqəti bir mafiyadır, bu mafiyanın başında sionistlər və tanınmış yəhudi tacirlər və onlara tabe olan siyasətçilər dayanır, Amerika isə onların vitrinidir və hər yerə yayılıb”.

Deborah Lipstadt Xameneinin hesabındakı bu paylaşımı “açıq və ardıcıl antisemitizm” adlandıraraq qınayıb.

“Bu ritorika xüsusilə də bir dövlət başçısı tərəfindən qəbuledilməzdir – və əlbəttə təhlükəlidir və dayandırılmalıdır”, – deyə o, öz Tvitter hesabında yazıb.

İlgili xəbərlər