Azərbaycanın Poldəşt bölgəsində kürdlərlə yerli əhali arasında qarşıdurma olub + VİDEO

Qərbi Azərbaycanın Poldəşt bölgəsində yerli əhali ilə kürdlər arasında qarşıdurma olub.

Məlumata əsasən, qarşıdurma su üstündə olub.

Yerli xəbər mənbələri bildiriblər ki, kürdlər Qarasu və Sarısu çaylarının yuxarı hissələrində suyun qarşısını kəsərək yerli əkinçilərin su payını “oğurlamağa” çalışıblar. Nəticədə iki tərəf arasında qarşıdurma yaranıb.

Poldəştin sosial mediada fəaliyyət göstərən yerli xəbər kanalları hələ keçən ilin oktyabr ayında məsələ ilə bağlı xəbərdarlıq edib bildirmişdilər ki, yerli dövlət orqanları poldəştli əkinçilərin hüquqlarını təmin etmək üçün addım atmalıdırlar.

Son məlumata əsasən, suyun qarşısını kəsməyə çalışan və mübahisə zamanı yerli azərbaycanlılara xəsarət yetirən 5 nəfər saxlanılıb.    

İlgili xəbərlər