İranın savaş gəmiləri Rusiya donanmasının paradında iştirak edəcək

İran esminesləri Rusiya Hərbi Dəniz Qüvvələrinin Xəzər dənizindəki paradında iştirak edəcəklər.
SEPAH-a bağlı Fars Xəbər Agentliyinin məlumatına görə, İran Hərbi Dəniz Qüvvələri ilk dəfə Rusiya Hərbi Dəniz Qüvvələri Günü münasibətilə Dağıstanın Kaspisk bölgəsində keçiriləcək xüsusi dəniz paradında iştirak edəcək.
Rusiyaya hərəkət edən donanmanın tərkibində “Peykan” və “Coşan” gəmiləri var.
Xəzər dənizində keçiriləcək paradda İrandan başqa, Azərbaycan Respublikasının Hərbi Dəniz Qüvvələri də iştirak edəcək.