ABŞ İranın neft və neft-kimya sənayesi ilə əlaqəsi olan 6 şirkətə sanksiyalar tətbiq edib

ABŞ Şərqi Asiyada İran nefti və neft-kimya məhsullarının satışına kömək edən Birləşmiş Ərəb Əmirlikləri və Çin şirkətlərinə qarşı sanksiyalar tətbiq edib.

ABŞ Maliyyə Nazirliyi və Dövlət Departamentindən verilən açıqlamalarda bildirilib ki, 4-ü Honq-Konqda, biri Sinqapurda və biri Birləşmiş Ərəb Əmirliklərində olmaqla cəmi 6 şirkətə sanksiya tətbiq edilib.

Sanksiyalara məruz qalan şirkətlər arasında BƏƏ-də yerləşən Blue Cactus Heavy Equipment and Machinery Spare Parts Trading L.L.C, Honq Konqda yerləşən Farwell Canyon HK Limited, Shekufei International Trading Co. Limited və PZNFR Trading Limited şirkətlərinin adı çəkilib.

ABŞ Maliyyə Nazirliyi bu şirkətləri İranın ən böyük neft-kimya şirkətlərindən biri olan Persian Gulf Petrochemical Industries Co. şirkətinə neft və neft-kimya məhsullarını Şərqi Asiyaya satmaq üçün yardım etməkdə ittiham edib.

Dövlət Departamenti isə Sinqapurda yerləşən Pioneer Ship Management PTE LTD və Honq-Konqda yerləşən Golden Warrior Shipping Co şirkətlərinə İran neft məhsullarını daşıyan gəmini idarə etmək ittihamı ilə sanksiyalar tətbiq edildiyini açıqlayıb.

İlgili xəbərlər