Güney azərbaycanlı milli fəal saxlanılıb

Şərqi Azərbaycan əyalətinin Xudafərin şəhərindən olan milli fəal Şükrüllah Qəhrəmanifərd saxlanılıb.

Məlumata əsasən, avqustun 1-i səhər saatlarında 8  təhlükəsizlik məmuru milli fəalın evinə basqın edərək axtarış aparıb.

Məmurlar onun və ailə üzvlərinin telefonları, xarici pasportları, kompüter və kitabları da daxil olmaqla şəxsi əşyalarını özləri ilə aparıblar.

Qəhrəmanifərdin hara aparıldığı və nədə ittiham olunduğu barədə məlumat verilməyib.

Qeyd edək ki, müəllim olan Şükrüllah Qəhrəmanifərd bundan öncə də mədəni fəaliyyətlərinə görə bir neçə dəfə həbs edilib.

İlgili xəbərlər