İran həbs etdiyi bəhailəri İsrailə casusluqda ittiham edib

İranın müxtəlif şəhərlərində onlarla bəhai vətəndaşın eyni vaxtda həbs edilməsindən bir gün sonra Kəşfiyyat Nazirliyi həmin vətəndaşları “İsrailin xeyrinə casusluq”da ittiham edib.

İranda bəhai təriqətinə mənsub vətəndaşların yeni həbs və dindirilmə dalğası çərçivəsində təhlükəsizlik qüvvələri iyulun 31-də ölkənin müxtəlif bölgələrində yaşayan onlarla bəhainin evinə basqın edərək, evlərində axtarış aparıb və onların şəxsi əşyalarını müsadirə ediblər. Bütün bunlarla yanaşı, onlardan bir neçəsinin həbs edildiyi bildirilir.

Kəşfiyyat Nazirliyinin bu gün yaydığı bəyanatda iddia olunur ki, saxlanılan bəhailər “sionist  təşkilat olan Beytül-Ədl mərkəzi ilə birbaşa əlaqədə olublar”.

Bəhai Dininin beynəlxalq şurası olan Beytül-Ədl İsrailin Hayfa şəhərində yerləşir.

İranın Kəşfiyyat Nazirliyi həbs edilənlərin kimliyi barədə məlumat verməyib.

İlgili xəbərlər