İran uranın zənginləşdirilməsi üçün yüzlərlə yeni sentrifuqanı işə salıb

İranın Nüvə Enerjisi Təşkilatının sözçüsü Behruz Kamalvəndi deyib ki, uranı zənginləşdirmək üçün yüzlərlə yeni sentrifuqaya qazın vurulmasına göstəriş verilib.

O bildirib ki, bu sentrifuqalar modern və inkişaf etmiş maşınlardır.

Kemalvəndi qeyd edib ki, o cümlədən 500 yeni nəsil IR6 sentrifuqasınıa da qaz vurulub.

İran rəsmisi bu məsələ ilə bağlı Beynəlxalq Atom Enerjisi Agentliyinə də məlumat verildiyini bildirib.

O, bu addımın sanksiyaların ləğvi, İranın maraqlarının qorunması və ölkənin ehtiyacı olan həcmdə zənginləşdirmə səviyyəsinə çatdırılması üçün qüvvəyə minmiş “Strateji Fəaliyyət Qanunu”nun icrası istiqamətində atıldığını iddia edib.

Bu arada İranın xarici işlər naziri Hüseyn Əmirabdullahian yeni nəsil sentrifuqaların qazlaşdırılmasını ABŞ-ın yeni sanksiyalarına cavab adlandırıb.

O, ötən həftələrdə danışıqların yeni mərhələsinə hazırlaşarkən Amerika tərəfinin qəfildən Beynəlxalq Atom Enerjisi Agentliyində danışıqlar masasında xal qazanmaq məqsədi ilə qətnamə təklif etdiyini bildirərək deyib:

“Dünən ABŞ-ın yeni qətnamə çıxarmasının şahidi olduq. Bu məntiqsiz tədbirlər, Trampın sanksiyaları kimi səmərəsiz sanksiyalar, çılğınlıq iflasa uğrayıb. Amerikanın bu hərəkətinə cavab olaraq, İran qəbul edilmiş qərar əsasında dünən gecədən etibarən yüzlərlə yeni nəsil sentrifuqanın qazlaşdırılması ilə bağlı hərəkətə keçdi”.

İlgili xəbərlər