İran parlamenti Belçika ilə məhkumların ekstradisiyası layihəsini təsdiqlədi

İran parlamenti İslam Respublikası ilə Belçika Krallığı arasında məhkumların mübadiləsi haqqında qanun layihəsini səs çoxluğu ilə təsdiqləyib.

22  maddəlik qanun layihəsi parlamentin avqustun 3-də keçirilən ümumi iclasında 195 lehinə, 2 əleyhinə və 7 bitərəf səslə qəbul olunub.

Xatırladaq ki, sözügedən razılaşma keçən ay Belçika parlamenti tərəfindən də təsdiqlənib.

Qanun layihəsi terror əməliyyatları keçirməyi planlaşdırmaqda ittiham edilərək 20 il həbs cəzasına məhkum edilmiş iranlı diplomat Əsədullah Əsədinin Tehrana qaytarılması üçün zəmin yaradır.

İlgili xəbərlər