İranda hərbi təyyarə qəzaya uğrayıb

Bu gün səhər saatlarında Şiraz hava limanında “Su-22” tipli döyüş təyyarəsi uçuş zamanı qəzaya uğrayıb.

SEPAH-ın Aerokosmik Qüvvələrinə aid qırıcı havaya qalxmaq istəyərkən texniki nasazlıqla üzləşib.

Hadisə nəticəsində pilot və ikinci pilot yaralanıb və xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, bu son bir ayda 3-cü oxşar hadisədir. Bundan öncə İsfahanda ayrı-ayrı günlərdə F-7 və F-14 tipli qırıcı təyyarələr qəzaya uğrayıblar.

İlgili xəbərlər