Rusiya İran peykini kosmosa göndərəcək

Rusiya Federal Kosmik Agentliyi (Roskosmos) İranın peykini səmaya buraxacağını açıqlayıb.

Roskosmosdan verilən açıqlamada İranın “Xəyyam” peykinin avqustun 9-da kosmosa göndəriləcəyi bildirilib.

Açıqlamada İran peyki və Rusiyaya məxsus 16 kiçik peykin Qazaxıstanın Baykonur kosmodromundan Soyuz 2.1b raketi ilə orbitə göndəriləcəyi qeyd edilib.

İranın bundan öncə bir neçə dəfə orbitə peyk buraxmaq cəhdi uğursuz olub.

Ən son bu ilin əvvəllərində İran hökuməti orbitə peyk buraxmaq cəhdinin növbəti dəfə iflasa uğradığını təsdiq edib.

İlgili xəbərlər