İranın hərbi gəmiləri Bakıda

İran Hərbi Dəniz Qüvvələrinin “Peykan” və “Cövşən” raket katerləri Bakıda lövbər salıb.

İranın hərbi gəmiləri Azərbaycanın Xəzər dənizindəki ərazi sularında “Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində keçiriləcək “Dəniz Kuboku” müsabiqəsində iştirak etmək üçün avqustun 7-də Bakıya gəliblər.

Bənzər yarışlar keçən il İranın Ənzəli limanında keçirilmişdi.

Müsabiqədə hərbi dənizçilər “Artilleriya atışlarının yerinə yetirilməsi”, “Gəminin dayanıqlığı uğrunda mübarizə və xilasetmə hazırlığı” və “Dəniz hazırlığı” mərhələlərində mübarizə aparıblar.

 

İlgili xəbərlər