Ukrayna: Rusiya Tehrandan 46 döyüş PUA-ları  alıb

Rəsmi Kiyev bildirir ki, Moskva İrandan döyüş PUA-ları  əldə edib ki, bu da indiki müharibənin gedişatına ciddi təsir edə bilər.

İranın bu günədək Rusiyaya 46 insansız uçaq göndərdiyini bildirən Ukrayna prezidentinin müşaviri Aleksey Arestoviç əlavə edib: “Bəzi məlumatlara əsasən, görünür bu PUA-lardan istifadə edilməsi daha öncə də müşahidə edilib”.

Britaniyanın “Teleqraf” qəzeti isə yazır ki, Rusiya habelə buraxılışına nəzarət edəcəyi İran peykindən Ukrayna ordusuna qarşı casusluqda və məlumatların toplanılmasında istifadə edəcək”.

Qeyd edək ki, rusiyalı mühəndislər 4 illik layihəni başa çatdıraraq Qazaxıstanın Baykanur kosmik bazasından İrana aid “Xəyyam” peykini orbitə buraxmağa hazırlaşır.

“Roskosmos”un hazırladığı orbit gəmisinin son dərəcə dəqiq və qabaqcıl müşahidə kameraları ilə təchiz edildiyi bildirilir.

“Vaşinqton Post” qəzeti yazır ki, Rusiya əvvəlcə bu peykdən Ukrayna ordusuna qarşı casusluq məqsədilə istifadə edib sonra onu İrana qaytaracaq.

İlgili xəbərlər