İranın “Xəyyam” peyki Rusiya tərəfindən orbitə buraxıldı

İranın yeni peyki “Xəyyam” bu gün səhər Qazaxıstanın Baykonur kosmodromundan uğurla kosmosa buraxılıb.

 

Rusiya peyk daşıyıcısı ilə kosmosa buraxılan İran istehsalı olan Xəyyam adlı peyk yerdən 500 kilometr uzaqlıqdakı orbitdə uğurla oturub.

İran rəsmiləri peykin göndərdiyi ilk məlumatın İrandakı yer stansiyasından alındığını açıqlayıb.

“Xəyyam” peykinin İran Kosmik Təşkilatının tədqiqatçıları tərəfindən peyk məlumatlarını təmin etmək və kosmos sənayesinin kənd təsərrüfatı və ətraf mühit kimi sahələrdə tətbiqlərini inkişaf etdirmək məqsədilə istehsal olunduğu iddia olunur.

 

Ancaq bir sıra mənbələr, xüsusilə qərb mənbələri “Xəyyam” peykinin İran və Rusiya tərəfindən hərbi məqsədlər üçün istifadə edilmək üçün hazırlandığı bildirilir.

 

 

İlgili xəbərlər