Milli fəal Ruzbeh Pirinin xəstəxanaya köçürülməsinə icazə verilmir

Təbriz zindanının 12-ci bölməsində saxlanılan milli fəal Ruzbeh Pirinin xəstəliyinin şiddətlənməsinə baxmayaraq onun xəstəxanaya köçürülməsinə icazə verilmir.
Mədə xəstəliyindən əziyyət çəkən Piri son günlər vəziyyəti pisləşdiyi üçün zindanın tibbi bölməsinə köçürülüb.
Orada siyasi məhbusu müayinə edən həkimlər onun zindandan qıraqda müalicə olunması barədə rəy veriblər.
Ancaq yazılı həkim rəyi və arayışına baxmayaraq, zindan rəhbərliyi siyasi məhbusun yenidən saxlanıldığı bölməyə qaytarılmasına göstəriş verib.
İran zindanlarında normal müayinə və müalicə imkanları, dərman preparatları olmadığı üçün Ruzbeh Pirinin ailəsi dəfələrlə onun xəstəxanaya köçürülməsi ilə bağlı müraciət edib, ancaq nəticə ala bilməyiblər.
Qeyd edək ki, Ruzbeh Piri “hökumətə müxalif qruplara üzvlük” ittihamına görə 3 il 8 ay həbs cəzasına məhkum edilib.