Yəməndə partlayış nəticəsində azı 6 iranlı və livanlı hərbi müşavir ölüb

Ərəb mənbələri avqustun 8-də ballistik raketin Yəmən husilərinin düşərgəsinə aparılan zaman partlaması nəticəsində ən azı 6 iranlı və livanlı müşavirin ölməsi barədə məlumat yayıblar.
“Əl-Ərəbiyyə” və “Əl-Hədəs” televiziyaları partlayış nəticəsində husilərə bağlı bir neçə şəxsin də öldüyünü bildiriblər.
Məlumata görə, ballistik raketin partlaması eyni zamanda, Səna şəhərinin yaxınlığındakı silah yüklü anbarda da partlayışın yaranmasına səbəb olub.
Ölən livanlıların İranın dəstəklədiyi Hizbullah qruplaşmasının üzvləri olub-olmadıqları barədə məlumat yoxdur.