ABŞ rəsmisi: Ruslar İranda PUA-lar ilə işləmək üçün təlim görürlər

Rusiyalı rəsmilər son həftələrdə İranın pilotsuz uçuş aparatları ilə işləmək üçün bu ölkədə təlim keçməkdədirlər.
Bunu CNN telekanalı amerikalı bir rəsmiyə istinadən bildirib.
Adının açıqlanmasını istəməyən Amerika rəsmisi bu təlimləri İranın PUA-larını Rusiyaya satmaq planının bir hissəsi adlandırıb.
Onun dediyinə görə, təlimlərin keçirilməsi ilə bağlı məlumatların məxfiliyi son vaxtlar aradan qaldırılıb.
Xatırladaq ki, bir sıra Amerika rəsmiləri son həftələrdə Ukraynaya qarşı müharibədə istifadə etmək məqsədilə Rusiyaya İran istehsalı PUA-ların göndərilməsi ilə bağlı xəbərdarlıq ediblər.
İran rəsmiləri bu xəbərləri təkzib edib.