Rusiya: “Xəyyam” peyki rus şirkətlərinin istehsalıdır

Rusiyanın Tehrandakı səfirliyi İranın “Xəyyam” peyki ilə bağlı iddialarından fərqli olaraq bu peykin Rusiya şirkətləri tərəfindən hazırlandığını açıqlayıb.

Səfirlik peykin yerin orbitinə buraxılmasının görüntülərini Insagram hesabında paylaşaraq yazıb:

“2022-ci il avqustun 9-da Rusiya Federal Kosmik Agentliyinin sədri Yuri Borisov İranın rabitə və informasiya texnologiyaları naziri İsa Zarepurun sədrliyi ilə İrandan gəlimiş heyətlə görüşüb. Bu görüş iranlı nümayəndə heyətinin İranın sifarişi ilə Rusiya şirkətləri tərəfindən hazırlanan “Xəyyam” peykinin Yerin orbitinə buraxılmasına baxmaq üçün Baykonur kosmodromuna səfəri zamanı baş tutub”, – deyə səfirliyin paylaşımında vurğulanıb.

Səfirliyin bu paylaşımına baxmayaraq İran prezidenti İbrahim Rəisi nazirlər kabinetinin iclasında layihənin “iranlı mütəxəssisləri”ndən təşəkkür edib və layihənin uğurla başa çatdırılmasını qürur mənbəyi adlandırıb.

Qeyd edək ki, “Xəyyam” peyki avqustun 9-u səhər saatlarında Rusiyanın “Soyuz” peyk raketi ilə Qazaxıstandakı Baykonur kosmik bazasından Yerin orbitinə buraxılıb.

“Xəyyam” peykinin İran Kosmik Təşkilatının tədqiqatçıları tərəfindən peyk məlumatlarını təmin etmək və kosmos sənayesinin kənd təsərrüfatı və ətraf mühit kimi sahələrdə tətbiqlərini inkişaf etdirmək məqsədilə istehsal olunduğu iddia olunurdu.

Bəzi iddialara görə, İran və Rusiya həmin peykdən hərbi məqsədlər üçün istifadə edəcək.

İlgili xəbərlər