İran Rusiyada keçirilən “Tank biatlonu” yarışmasında iştirak edir

İranın tank heyətləri 2022-ci il Beynəlxalq Ordu Oyunları çərçivəsində keçirilən “Tank biatlonu” yarışında iştirak edib.

Rusiyanın paytaxtı Moskvada hər il keçirilən “Tank biatlonu” yarışı 19 ölkənin iştirakı ilə başlayıb.

Bu il 10-cusu keçirilən yarışda Rusiya, İran, Azərbaycan, Belarus, Venesuela, Vyetnam, Qazaxıstan, Qırğızıstan, Çin, Monqolustan, Özbəkistan, Ermənistan, Zimbabve, Laos, Mali, Myanma, Suriya, Sudan və Tacikistan iştirak edib.

Separatçı Cənubi Osetiya və Abxaziyanın adı da bu yarışda iştirak edən “ölkə” kimi qeyd olunub.

Çin istisna olmaqla, bütün komandalar Rusiya istehsalı olan T-72B3 tankından istifadə edir. Çinlilər öz Type 96 tankı ilə rəqabət aparırlar. Belarus komandası isə modernləşdirilmiş T-52 ilə yarışda iştirak edir.

Tank ekipajları atışma, su səddini keçmək və döyüşə hazırlıq nümayiş etdirmək kimi klassik biatlona oxşar kateqoriyalar üzrə yarışır.

“Tank biatlonu” müsabiqəsinin birincisi 2013-cü ildə Rusiya, Belarus, Ermənistan və Qazaxıstanın iştirakı ilə keçirilib.

İlgili xəbərlər