Qərbi Azərbaycanda ov və döyüş silahları zəbt edilib

Qərbi Azərbaycan əyalətində silah qaçaqmalçılığı ilə məşğul olan şəxs və qruplara qarşı əməliyyat keçirilib.

Bu barədə əyalətin Sərhəd Qoşunlarının Komandanı Yəhya Hüseynxani açıqlama verib.

Onun sözlərinə görə, əməliyyat nəticəsində sərhəddən ölkəyə keçirilən 15 ov tüfəngi və bir ədəd M-16 döyüş silahı aşkar edilərək götürülüb.

Hüseynxani bildirib ki, silah qaçaqçıları qonşu ölkəyə qaçıblar. O, həmin ölkənin adını açıqlamayıb.

Qeyd edək ki, Qərbi Azərbaycan əyalətində silah-sursat, insan qaçaqmalçıları və narkotik maddə alverçilərinin əsasən etnik kürdlər olduğu iddia edilir.

Güney azərbaycanlı fəalların dediyinə əsasən, həmin şəxslər İraqın şimalında yerləşən muxtar kürd bölgəsi və PKK terror təşkilatı ilə əlaqəli şəkildə fəaliyyət göstərirlər.

İlgili xəbərlər