İran Salman Rüşdiyə bıçaqlı hücumla bağlı açıqlama verib: əlaqəmiz yoxdur

Britaniyalı yazıçı Salman Rüşdinin ABŞ-da keçirilən konfransda bıçaqlanması haqda açıqlama verən İran məsələ ilə bağlı əlaqəli olmadığını bildirib.
“Hücum edən şəxslə bağlı məlumatlarımız yalnız ABŞ mətbuatından eşitdiklərimizdir, mövzu ilə bağlı məlumatımız yoxdur”, – deyə İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani bildirib.
Hücumda Salman Rüşdi və tərəfdarlarından başqa heç kimin günahlandırılmaması gərəkdiyini iddia edən Kənani əlavə edib:
“Səlman Rüşdi İslamın müqəddəs dəyərlərini təhqir edərək, qırmızı xətləri aşaraq 1,5 milyard müsəlmanın və digər səmavi dinlərin inananlarının qəzəbinə səbəb oldu”.
İran rəsmisinin iddiasına baxmayaraq ABŞ mətbuatı Hadi Mətərin Salman Rüşdiyə hücum etməzdən əvvəl SEPAH-ın Qüds Qüvvələri ilə birbaşa əlaqədə olduğunu bildiriblər.
Təhlükəsizlik rəsmilərinə istinad edən ” VICE” xəbər agentliyi bildirib ki, Salman Rüşdiyə edilən hücum istiqamətləndirilmiş hücumun bütün xüsusiyyətlərinə malikdir.
Məlumatda bildirilib ki, Hadi Mətər Salman Rüşdiyə hücumdan öncə Qüds Qüvvələri ilə əlaqə yaradıb.
Avropadakı xüsusi xidmət orqanlarından biri agentliyə açıqlamasında deyib ki, Salman Rüşdiyə edilən hücum başqaları tərəfindən idarə olunmuş şəkildə həyata keçirilib.
Yəni belə hücumlarda hər hansı bir kəşfiyyat xidməti özü heç bir müdaxilə etmədən başqa birini hücumu həyata keçirməyə sövq edir.