Keçmiş nazir: Urmiya gölü qurusa İranda heç bir hakimiyyət davam gətirməyəcək

İranın Ətraf Mühitin Mühafizəsi Təşkilatının keçmiş rəhbəri Urmiya gölünün quruması təqdirdə ölkənin təhlükəsizlik problemləri ilə üzləşəcəyini deyib.

İsa Kələntəri bildirib ki, Urmiya gölü bərpa olunmasa, heç bir hökumət İranda davam gətirə bilməyəcək.

“Urmiya gölü qurusa Təbriz şəhəri tamamilə boşaldılmalıdr. Bu proses mümkün olsa belə ən azı 1000 milyard dollara başa gələcək. Siz milyonlarla insanın köç dalğası qarşısında davam gətirə bilməyəcəksiniz”, – deyə keçmiş əkinçilik naziri əlavə edib.

Kələntəri həmçinin qeyd edib ki, “İran hökuməti cəhalət üzündən gölü qurutduğuna görə, onu nəyin bahasına olursa-olsun, bərpa etməyə məcburdur, əks halda Urmiya gölü ətrafında yaşayan milyonlarla insanın həyat güvənliyi təhlükə ilə üzləşəcək”.

İlgili xəbərlər