Milli fəal Behnam Zarei müvəqqəti azadlığa buraxılıb

Şərqi Azərbaycan əyalətinin Vərziğan bölgəsindən olan jurnalist və milli fəal Behnam Zarei girov qarşılığında müvəqqəti azadlığa buraxılıb.
Zarei bu gün 200 milyon tümən dəyərində girov qarşılığında məhkəmə prosesinin sonuna qədər sərbəst buraxılıb.
“Müxalif qrupların xeyrinə rejim əleyhinə təbliğat aparmaq”da günahlandırılan Zarei iyulun 9-da Vərziğanın Köhnəli kəndində yerləşən şəxsi evində təhlükəsizlik məmurları tərəfindən saxlanılıb.
Bəzi iddialara görə vərziğanlı jurnalistin həbsi onun Süngün mədəni işçilərinin aksiya xəbərini yayması ilə əlaqədardır.
Həmin iddialara əsasən, Zareinin saxlanılması Süngün mis şirkəti rəhbərliyinin şikayəti əsasında gerçəkləşib.